Almaniyada yenidən lider dəyişdi
04.03.2023 - 23:26
Almaniyada yenidən lider dəyişdi

"Bayern" Almaniya Bundesliqasında yenidən liderliyi ələ keçirib.

Apasport.az xəbər verir ki, Münxen klubu XXIII turda səfərdə "Ştutqart"ın qonağı olub.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra "Bayern" Dortmund "Borusiya"sı ilə xallarını eyniləşdirib – 49. Bununla belə, top fərqinə görə Münxen klubu liderdir. 

0