"Arsenal" ardıcıl 2-ci oyunda xal itkisi ilə üzləşdi
11.02.2023 - 21:01
"Arsenal" ardıcıl 2-ci oyunda xal itkisi ilə üzləşdi

İngiltərə Premyer Liqasının lideri "Arsenal" ardıcıl 2-ci oyunda xal itkisi ilə barışmalı olub.

Apasport.az xəbər verir ki, Mikel Artetanın yetirmələri XXIII turda formada olan "Brentford"u yenə bilməyib – 1:1. "Brentford"un Premyer Liqada məğlubedilməz oyunlar seriyası 10-a çatıb.

Digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb:

"Vest Hem" – "Çelsi" 1:1
"Kristal Pelas" – "Brayton" 1:1
"Fulhem" – "Notinqem" 2:0
"Lester" – "Tottenhem" 4:1
"Sauthempton" – "Vulverhempton" 1:2

Qeyd edək ki, günün son matçında Bakı vaxtı ilə saat 21:30-da ilk 4-lükdə yer alan "Nyukasl" autsayderlərdən olan "Bornmut"un qonağı olacaq.

0