"Arsenal" yenə Liverpul səddinə ilişdi
09.04.2023 - 21:36
"Arsenal" yenə Liverpul səddinə ilişdi

"Arsenal" İngiltərə Premyer Liqasının XXX turunun qapanış matçında vacib xal itirib.

Apasport.az xəbər verir ki, Premyer Liqanın lideri yenə "Enfild Roud"da "Liverpul" səddinə ilişib.

Komanda səfərdə 2:0 öndə olsa da, sonradan daha 2 top buraxaraq 1 xala razılaşmalı olub.

Qeyd edək ki, "Arsenal"ın 73 xalı var. 2-ci sırada olan və 1 oyun az keçirmiş "Mançester Siti" London klubundan 6 xal geri qalır.

0