“Arsenal” “Yunayted” səfərindən 1 xalla qayıdır
09.03.2025 - 22:34
“Arsenal” “Yunayted” səfərindən 1 xalla qayıdır

İngiltərə Premyer Liqasında XXVIII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" öz meydanında "Arsenal"ı qəbul edib.

Gərgin keçən qarşılaşmada qapılara 2 top vurulub.

"Qırmızı şeytanlar" ilk hissəni qalib başa vursalar da, bu nəticəni sona kimi qoruyub saxlaya bilməyiblər.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İngiltərə Premyer Liqası
XXVIII tur

21:00. “Mançester Yunayted” - “Arsenal” - 1:1