Avropada derbilər həftəsi
31.03.2023 - 15:03
Avropada derbilər həftəsi

Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı qarşılaşmalar keçiriləcək.

Apasport.az saytı xəbər verir ki, futbolsevərlər qitənin aparıcı futbol çempionatları olan İngiltərə, Almaniya, İtaliya, Fransa, həmçinin Türkiyə çempionatlarında derbilər izləyəcəklər.

Premyer Liqada  “Mançester Siti” “Liverpul”u, Bundesliqada “Bavariya” Dortmund “Borussiya”sını, A seriyasında “Napoli” “Milan”ı, Liqa 1-də PSJ “Lion”u və Super Liqada “Fənərbaxça” “Beşiktaş”ı sınağa çəkəcək. Əzəli rəqabətdə sevinəcək komandaların bəziləri çempionluq yolunda qızıl xallar da qazana bilərlər. 

1 aprel
İngiltərə, Premyer Liqa 
XXIX tur

15:30. “Mançester Siti” – “Liverpul”

Almaniya, Bundesliqa 
XXVI tur

20:30. “Bavariya” – “Borussiya” (Dortmund)

2 aprel
İtaliya, A Seriyası 
XXVIII tur

22:45. “Napoli” – “Milan”

Fransa, Liqa 1 
XXIX tur

22:45 PSJ – “Lion” 

Türkiyə, Super Liqa 
XXVII tur

21:30. “Fənərbaxça” – “Beşiktaş” 

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

0