“Barselona” 5 qolla qalib gəldi
17.09.2023 - 01:12
“Barselona” 5 qolla qalib gəldi

“Barselona” mövsümün ilk böyükhesablı qələbəsini qazanıb.

Apasport.az-ın məlumatına görə,  Kataloniya klubu “Betis”in qapısından 5 cavabsız top keçirib.

“Atletiko” isə səfərdə acınacaqlı məğlubiyyətlə üzləşib. “Valensiya”nın qonağı olana Madrid klubu 0:3 hesabı ilə uduzub. Bu, Simeonenin yetirmələrinin ilk məğlubiyyəti olub.

Bilbao “Atletik”i “San Mames”də asanlıqla üç xalı aktivinə yazıb.  
 
İspaniya La Liqası
5-ci tur
16 sentyabr

“Atletik” – “Kadis” – 3:0
“Valensiya” – “Atletiko” – 3:0
“Selta” – “Malyorka” – 0:1
“Barselona” – “Betis” – 5:0

0