"Brayton" və "Brentford" təxirə salınmış matçlarda qalib gəldilər
16.03.2023 - 01:51
"Brayton" və "Brentford" təxirə salınmış matçlarda qalib gəldilər

İngiltərə Premyer Liqasında təxirə salınmış 2 matç keçirilib.

Apasport.az xəbər verir ki, VII turdan təxirə salınmış matçda "Brentford" səfərdə "Sauthempton"a 2:0 qalib gəlib.

"Brayton" isə VIII turdan təxirə salınmış oyunda doğma azarkeşləri önündə "Kristal Palas"ı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnir cədvəlində "Brayton" 42 xalla 7-ci, "Brentford" 41 xalla 8-cidir.

0