Bundesliqa: “Bavariya” 3 xalı 8 qolla qazandı
11.01.2026 - 22:38
Almaniya Bundesliqasında XVI tura yekun vurulub.
Apasport.az xəbər verir ki, son gün iki qarşılaşma baş tutub.
"Borussiya Münhenqladbax" öz meydanında "Auqsburq"la üz-üzə gəlib. Ev sahibləri rəqibini 4 cavabsız qolla məğlub edib - 4:0.
Lider "Bavariya" isə "Volfsburq"u meydana çıxmağa peşman edib. Bavyera təmsilçisi rəqibini 8:1 hesabı ilə darmadağın edib.
0
0