Bundesliqa: “Dortmund” 3 xalı 2 qolla qazandı
20.12.2025 - 01:29
Almaniya Bundesliqasında XV tura start verilib.
Apasport.az xəbər verir ki, ilk gün bir qarşılaşma keçirilib.
"Borussiya Dortmund" öz meydanında "Borussiya Münhenqladbax"la üz-üzə gəlib.
Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Dortmund" bu nəticə ilə xallarının sayını 32-yə yüksəldib. "Münhenqladbax" isə 16 xalla 11-ci sırada qərarlaşıb.
0
0