Bundesliqa: “Leypsiq” turu bir xalla tamamlayıb
29.11.2025 - 01:34
Bundesliqa: “Leypsiq” turu bir xalla tamamlayıb

Almaniya Bundesliqasında XII tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Borussiya Münhenqladbax” öz meydanında “Leypsiq”lə üz-üzə gəlib.

Gərgin keçən matçda qapılara qol vurulmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, “Leypsiq” hazırda 26 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Frayburq”la eyni – 13 xala malik “Borussiya” isə 11-ci yerdədir.