“Dortmund” autsayderlə bacarmadı
15.02.2025 - 20:30
“Dortmund” autsayderlə bacarmadı

Almaniya Bundesliqasında XXII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, "Borussiya Dortmund" səfərdə "Boxum"un qonağı olub.

Qonaqlar autsayderlə bacarmayıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Turun digər matçında isə "Volfsburq" səfərdə "Ştutqart"ı 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Almaniya Bundesliqası 
XXII tur

18:30. “”Sent Pouli” - “Frayburq” - 0:1
18:30. “”Boxum” - “Dortmund” - 2:0
18:30. “Yunion” - “Münhenqladbax” - 1:2
18:30. “Ştuttqart” - “Volfsburq” - 1:2