Murad Musayevin komandası ilk dəfə Rusiya çempionu olub
24.05.2025 - 19:52

Rusiyanın "Krasnodar" klubu ilk dəfə ölkə çempionu olub.
Apasport.az xəbər verir ki, komanda paytaxtın "Dinamo" komandasını məğlubiyyətə uğradaraq Rusiya çempionluğunu elan edib.
"Krasnodar" bununla Sankt-Peterburqun "Zenit" klubunun uzun müddət davam edən hegemonluğuna son qoymağı bacarıb.
Qeyd edək ki, ölkəmizdə "Sabah"da işləmiş Murad Musayev "Krasnodar"ın baş məşqçisi kimi karyerasının ən böyük uğuruna imza atıb.
0
0