
Basketbolun 3x3 növü üzrə Dünya kubokunun Bakıda keçirilən seçmə mərhələsi bu gün start götürüb.
Apasport.az xəbər verir ki, kişilərin yarışında qrup mərhələsinin matçları bu gün keçirilib.
6 komanda iki qrupda mübarizə aparıb. Azərbaycan millisi B qrupunda yarışıb.
Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdam ibarət yığmamız ilk matçını Kanada ilə keçirib. Şimali amerikalılara böyük fərqlə uduzan komandamız Böyük Britaniya ilə matçda da ümidləri doğrultmayıb. Bu dəfə 12:21 hesablı məğlubiyyət qeydə alınıb. Hələ iki oyunda uduzan yığmamız qrup sonuncusu olaraq pley-offdan kənarda qalıb.
A qrupunda Monteneqro, Ruanda, İran, B qrupunda Kanada, Böyük Britaniya, Azərbaycan mübarizə aparacaq. Monteneqro - Ruanda qarşılasması birincilərin qələbəsi ilə yekunlaşıb - 21:13
Dünya kubokunun seçmə mərhələsi
Kişilər
24 may
Qrup mərhələsi
I tur
A qrupu
16:50. Monteneqro - Ruanda - 21:13
B qrupu
17:15. Kanada – Böyük Britaniya - 21:14
II tur
A qrupu
18:40. Monteneqro - İran - 21:14
B qrupu
19:05. Kanada - Azərbaycan - 12:7
III tur
A qrupu
20:30. Ruanda - İran -21:18
B qrupu
20:55. Böyük Britaniya – Azərbaycan - 21:12
Qeyd edək ki, hər qrupdan iki komanda yarımfinala yüksəlib.