"İnter" 4 pillə irəlilədi
30.04.2023 - 16:37
"İnter" 4 pillə irəlilədi

"İnter" İtaliya A Seriyasında medallar qazanmaq və çempionat vasitəsilə Çempionlar Liqasına getmək baxımından vacib qələbə qazanıb.

Apasport.az xəbər verir ki, Milan təmsilçisi öz meydanında turnir cədvəlinin 2-cisi olan "Latsyo"nu qəbul edib.

İlk hissədən sonra 0:1 geridə olan "İnter" fasilədən sonra əzmkar oyun nümayiş etdirib. Argentinalı hücumçusu Lautaro Martinesin dubl etdiyi görüşdə "İnter" matçdan 3:1 qalib ayrılıb.

Bu "Latsyo"nun ardıcıl 2-ci məğlubiyyəti olub. "İnter" isə bu qələbədən sonra birdən-birə 4 pillə yüksəlib. Komanda hazırda 57 xala malikdir. Düzdür, əzəli rəqib "Milan" və "Roma" da eyni xal toplayıb. Bununla belə, top fərqinə görə "İnter" bu 2 komandadan öndədir və 4-cü sıradadır. 

0