İtaliyada bir gündə dörd bərabərlik
18.08.2024 - 01:09
İtaliyada bir gündə dörd bərabərlik

İtaliya A Seriyasında yeni sezona start verilib.

Apasport.az xəbər verir ki, mövsümün ilk oyunun günündə 4 matç keçirilib.

Günün bütün görüşləri bərabərliklə başa çatıb.

"Cenoa" evdə "İnter"dən 1 xal almağı bacarıb - 2:2.

"Empoli" "Monza" görüşü başladığı hesabla bitib - 0:0.

"Parma" evində azlıqda qalmış "Fiorentina"nın müqavimətini qıra bilməyib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Günün maraqlı matçlarından biri də "Milan" və "Torino" arasında keçirilib. Qonaqlar 0:2 hesablı üstünlüyü qoruya bilməyib. 89-cu dəqiqədə A. Morata və 90+5-ci dəqiqədə N. Okaforun vurduğu qollarla meydan sahibləri məğlubiyyətdən xilas olmağı bacarıb - 2:2.

Qeyd edək ki, sabah İtaliyada daha 4 oyun keçiriləcək. İlk tura avqustun 19-da yekun vurulacaq.

0