Jezuşun komandası çempionluq yarışında xal itkisi ilə üzləşib
14.02.2025 - 23:58
![Jezuşun komandası çempionluq yarışında xal itkisi ilə üzləşib](https://apasport.az/storage/news/2025/february/15/big/67afa1174080967afa1174080a173956328767afa1174080767afa11740808.jpeg)
Səudiyyə Ərəbistanınında XX turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, "Fənərbaxça"nın sabiq baş məşqçisi Jorje Jezuşun rəhbərlik etdiyi "Əl-Hilal" doğma meydanda "Əl-Riyad"ı sınağa çəkib.
Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticə ilə "Əl-Hilal" çempionluq yarışında "Əl-İttihad"ın gerisinə düşüb.
Komanda Səudiyyə Ərəbistanı çempionatında 48 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
0
0