La Liqa: “Barsa” 3 xalı 2 qolla qazandı
03.05.2026 - 00:54
La Liqa: “Barsa” 3 xalı 2 qolla qazandı

İspaniya La Liqasında XXXIV turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, lider "Barselona" səfərdə "Osasuna" ilə qarşılaşıb. Kataloniyalılar rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Turun digər matçında "Vilyareal" öz meydanında "Levante" ilə üz-üzə gəlib. Ev sahibləri rəqibini 5:1 hesabı ilə darmadağın edib.

"Atletiko Madrid" isə turu qalib başa vuran digər komandalardan biri olub. Madrid təmsilçisi "Valensiya" üzərində 2:0 hesablı qələbə qazanıb.