La Liqa: “Betis” autsayderlə bacarmayıb
10.01.2026 - 23:55
İspaniya La Liqasında XIX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Real Betis” səfərdə autsayder “Real Ovyedo"nun qonağı olub.
Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Digər matçda “Vilyarreal” doğma meydanda “Alaves”i 3:1 hesabı ilə məğlub edib.
“Jirona” isə öz növbəsində “Osasuna” üzərində minimalhesablı qələbə qazanıb - 1:0.
0
0