La Liqa: “Real” “Rayo Valyekano” ilə bacarmadı
10.11.2025 - 00:05
İspaniya La Liqasında XII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Atletik" öz meydanında "Real Ovyedo"nu qəbul edib.
Oyun ev sahiblərinin minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0.
Lider "Real Madrid" isə bu tur xal itkisi ilə üzləşib. "Kral klubu" səfərdə "Rayo Valyekano" ilə qolsuz heç-heçə edib - 0:0.
İspaniya La Liqası
XII tur
17:00. "Atletik" - "Real Ovyedo" - 1:0
19:15. "Rayo Valyekano" - "Real Madrid" - 0:0
21:30. "Malyorka" - "Xetafe" - 1:0
0
0