“Latsio”dan vacib qələbə
04.02.2025 - 02:12
“Latsio”dan vacib qələbə

İtaliya A Seriyasında XXIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, bu gün keçirilən son matçda “Latsio” səfərdə “Kalyari”nin qonağı olub.

Qarşılıqlı qollar şəraitində keçən görüşdə ev sahibləri 1:2 hesabı ilə meydanı məğlub tərk ediblər.

Bu qələbə ilə “Latsio” xallarının sayını 42-yə çatdırıb və  “Yuventus” qabaqlayaraq, turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

İtaliya A Seriyası
XXIII tur

23:45. “Kalyari” – “Latsio” – 1:2

0