Levandovski 2 qol vurdu, "Barselona" mövsümə qələbə ilə başladı
18.08.2024 - 01:46
Levandovski 2 qol vurdu, "Barselona" mövsümə qələbə ilə başladı

"Barseloan" La Liqanın yeni mövsümündə ilk oyununu keçirib.

Apasport.az xəbər verir ki, katalonlar 3 xalı Valensiya səfərində axtarıb.

Matçın 44-cü dəqiqəsində meydan sahibləri Huqo Duronun qolu ilə önə keçsələr də, 45+5-ci dəqiqədə Robert Levandovski hesabı bərabərləşdirib. Polşalı ulduz 49-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə qonaqlara 3 xal qazandırıb - 1:2 

Qeyd edək ki, günün digər qarşılaşmasında "Osasuna" evdə "Leqanes"lə bacarmayıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

0