“Leyptsiq”in tarixində ilk – Superkuboku qazandı
13.08.2023 - 00:41
“Leyptsiq”in tarixində ilk – Superkuboku qazandı

Almaniya Superkubokunun qalibinin adı müəyyənləşib.

Apasport.az saytı xəbər verir ki, çempion “Bavariya” kubokun sahibi “Leyptsiq”ə uduzub.

Münhendəki “Alianz Arena”da keçirilən qarşılaşmada “Bavariya” formal ev sahibi olub. Amma bu amil “pivəçilər”ə kömək etməyib. Startda Olmo “Leyptsiq”i hesabda irəli çıxarıb. İspaniyalı daha iki qol vuraraq, münhenlilərin məğlubiyyətində böyük rol oynayıb.

Qeyd edək ki, “Leyptsiq” ilk dəfə Almaniya superkubokunu qazanıb. Bununla, o, həm də ötənilki məğlubiyyətin revanşını alıb. “Bavariya” 5:3 hesabı ilə qələbə qazanmışdı.

Almaniya Superkuboku
Final
12 avqust
“Bavariya” – “Leyptsiq” – 0:3 
Qollar:
Olmo, 3; 44; 68 (pen.)
 

0