“Liverpul” və “Tottenhem”dən xal itkisi
04.01.2026 - 21:13
İngiltərə Premyer Liqasında XX turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Liverpul” səfərdə “Fulhem”in qonağı olub.
Mersisayd təmsilçisi bu görüşdə də azarkeşlərini sevindirə bilməyib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Tottenhem” də “Sanderlend”lə matçda qalib gələ bilməyib – 1:1.
“Nyukasl” isə doğma meydanda “Kristal Pelas”ı 2:0 hesabı ilə məğlub edib.
“Everton” səfərdə “Brentford”a 1:3 hesabı ilə uduzub.
0
0