Mançester klublarından maksimim nəticə
24.09.2023 - 00:54
Mançester klublarından maksimim nəticə

“Mançester Yunayted” “Bernli” səfərindən üç xalla dönüb.

Apasport.az-ın məlumatına görə, komanda iki məğlubiyyətdən sonra azarkeşlərini sevindirib.

“Qırmızı şeytanlar”ı qələbə qazandıran qolun müəllifi Bruno Fernandes olub. Kapitan 45-ci dəqiqədə fərqlənib. Mançesterin digər təmsilçisi xal itirmədən irəliləyir. “Şəhərlilər” bu dəfə “Nottingem Forest”i məğlubiyyətə uğradıblar. 

İngiltərə Premyer Liqası
6-cı tur

“Kritsal Pelas” – “Fulhem” – 0:0
“Luton”  – “Vulverhempton” – 1:1
“Mançester Siti” – “Nottingem” – 2:0
“Brentford” – “Everton” – 1:3
“Bernli” – “Mançester Yunayted” – 0:1
 

0