"Mançester Siti" "Arsenal"ı yenib lider oldu
16.02.2023 - 01:35
"Mançester Siti" "Arsenal"ı yenib lider oldu

İngiltərə Premyer Liqasının turnir cədvəlində lider dəyişib.

Apasport.az xəbər verir ki, XII turdan təxirə salınmış görüşdə lider "Arsenal" Londonda son ölkə çempionu "Mançester Siti"ni qəbul edib.

Mikel Artetanın yetirmələri İngiltərə Kubokunda olduğu kimi güclü "Siti" ilə bacara bilməyib. Matç "şəhərlilər"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Arsenal" İngiltərə Kubokunun qeyd etdiyimiz oyunu da daxil olmaqla, ardıcıl 4-cü matçda qələbəyə həsrət qalıb.

Bu nəticədən sonra Mançester təmsilçisi xalını 51-ə yüksəldərək "Arsenal"a çatıb. Top fərqinə görə Xosep Qvardiolanın yetirmələri liderliyi ələ alıb. Lakin "Arsenal"ın Londonda "Everton"la təxirə salınmış matçı var. Həmin oyun martın 1-də keçiriləcək.

0