"Mançester Siti" də uduzdu
05.02.2023 - 22:25
"Mançester Siti" də uduzdu

İngiltərə Premyer Liqasının XXII turunda turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmış daha bir komanda – son çempion "Mançester Siti" uduzub.

Apasport.az xəbər verir ki, komanda Londonda "Tottenhem"ə yenilib.

Hari Keynin 15-ci dəqiqədə vurduğu yeganə qol "Siti"nin məğlubiyyətinə səbəb olub – 0:1. Beləliklə, lider "Arsenal"la 5 xallıq fərq dəyişməyib.

Qeyd edək ki, bu tur lider "Arsenal" "Everton"a 0:1, "Liverpul" "Vulverhempton"a 0:3 uduzub, "Çelsi" "Fulhem"lə 0:0, "Nyukasl" "Vest Hem"lə 1:1 oynayıb. Bu xal itkilərindən ən yaxşı yararlanan "Kristal Pelas"ı 2:1 məğlub edən "Mançester Yunayted" olub.

0