“Mançester Siti” və “Liverpul”dan eyni ssenari
16.09.2023 - 22:47
“Mançester Siti” və “Liverpul”dan eyni ssenari

İngiltərə Premyer Liqasınin 5-ci turuna start verilib.

Apasport.az saytı xəbər verir ki, favoritlər günü qələbə ilə başa vurublar.

“Mançester Siti” və “Liverpul” səfərdə eyni hesabla qalib gəlib. Fasiləyə məğlub yollanan komandalar ikinci hissədə 3 qol vurublar.
“Tottenhem” isə öz meydanında əzmkar qələbə qazanıb. London klubu 90+8 və 90+10-cu dəqiqələrdə uğur gətirən qolları vurub.

“Mançester Yunayted”in uğursuz çıxış davam edir. Komanda son 4 oyunun üçündə uduzub. “Qırmızı şeytanlar” bu dəfə “Brayton”a məğlub olublar.

İngiltərə Premyer Liqası
5-ci tur
16 sentyabr

“Vulverhempton” – “Liverpul” – 1:3
“Aston Villa” – “Kristal Pelas” – 3:1
“Fulhem” – “Luton” – 1:0
“Mançester Yunayted” – “Brayton” – 1:3
“Tottenhem” – “Şeffild Yunayted” – 2:1
“Vest Hem” – “Mançester Siti” – 1:3
“Nyukasl” – “Brentford” – 1:0
 

0