Mbappe dubl etdi, PSJ-dən ilk qələbə
27.08.2023 - 01:09
Mbappe dubl etdi, PSJ-dən ilk qələbə

PSJ Fransa çempionatında ilk qələbəsini qazanıb.

Apasport.az saytı xəbər verir ki, bu, 3-cü tura təsadüf edib.

İlk iki oyunda heç-heçə oynayan Paris klubu öz meydanında “Lans”a qalib gəlib. Kilian Mbappe iki qol vuraraq, PSJ-nın 3 xal qazanmasına kömək edib. Qonaq komanda son dəqiqələrdə buraxılan qollardan birini əvəzini çıxa bilib.

Turun digər matçında “Marsel” qələbə qazanıb. Bu nəticə ilə marsellilər xallarının sayının 7-yə yüksəldiblər.
  
Fransa 1-ci Liqası
3-cü tur
26 avqust

“Marsel” – “Brest” – 2:0 
PSJ – “Lans” – 3:1
 

0