Mbappenin qolu “Real”a 3 xal qazandırdı
01.02.2026 - 19:16
Mbappenin qolu “Real”a 3 xal qazandırdı

İspaniya La Liqasında XXII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Real Madrid" öz meydanında "Rayo Valyekano"nu sınağa çəkib.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "kral klubu"nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Real"ın heyətində qələbə qolunu 90+10-cu dəqiqədə Kilian Mbappe vurub.