"Milan" 6 oyunluq qələbəsizlik seriyasına son qoydu
11.02.2023 - 01:51
"Milan" 6 oyunluq qələbəsizlik seriyasına son qoydu

"Milan" 6 oyunluq qələbəsizlik seriyasına son qoyub.

Apasport.az xəbər verir ki, son İtaliya çempionu buna XXII turun "Torino" ilə ev matçında nail olub.

"Milan" fransalı hücumçusu Olivye Jirunun 62-ci dəqiqədə vurduğu yeganə qolla qonaqları məğlub edib – 1:0.

Bu qələbə ilə "Milan" xalını 41-ə yüksəldərək 3-cü sıraya qalxıb.

0