Mourinyo gəldi - “Benfika” xal itkisi yaşadı
24.09.2025 - 01:16
Mourinyo gəldi - “Benfika” xal itkisi yaşadı

Portuqaliya Liqasında I turun təxirə salınmış oyunu keçirilib.

Apasport.az xəbər verir ki, Joze Mourinyonun rəhbərlik etdiyi “Benfika” səfərdə “Rio Ave” ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Bu nəticədən sonra xalını 14-ə yüksəldən “Benfika” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.