“Napoli” “Latsio” səfərindən 1 xalla dönür
15.02.2025 - 23:16
“Napoli” “Latsio” səfərindən 1 xalla dönür

İtaliya A Seriyasında XXV turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə "Atalanta" "Kalyari"ni sınağa çəkib.

Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Turun mərkəzi qarşılaşmasında isə "Latsio" evində "Napoli"ni qəbul edib.

4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 2:2.

İtaliya A Seriyası
XXV tur

18:00. “Atalanta” - “Kalyari” - 0:0
21:00. “Latsio” - “Napoli” - 2:2