"Nyukasl" "Mançester Yunayted"i məğlub edib, 3-cü sıraya qalxdı
02.04.2023 - 21:23
"Nyukasl" "Mançester Yunayted"i məğlub edib, 3-cü sıraya qalxdı

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında ardıcıl 3-cü dəfə 3 xala həsrət qalıb.

Apasport.az xəbər verir ki, mankunianlar bu dəfə Liqa Kubokunun finalında məğlub etdiyi "Nyukasl"a səfərdə uduzub – 0:2.

Bununla da ardıcıl 3-cü qələbəsini qazanan "Nyukasl" xallarının sayını "Mançester Yunayted"lə eyniləşdirib – 50. Lakin top fərqinə görə, "Nyukasl" 3-cü sıraya yüksəlib.

Qeyd edək ki, sabah "Tottenhem" Liverpul səfərində "Everton"a qalib gəlsə, 3-cü sıranın sahibi yenidən dəyişəcək.

0