Oyunların yarısında Q/Q - Premyer Liqada
17.01.2023 - 00:00
Oyunların yarısında Q/Q - Premyer Liqada

İngiltərə Premyer Liqasında oyunların təxminən yarısında hər iki komanda qol vurub.

Apasport.az saytının məlumatına görə, arxada qalan 187 matçın 95-də hər iki tərəf rəqib qapısına yol tapıb.

Bu bütün görüşlərin 50,8 faizidir. Q/Q ilə nəticələnməyən qarşılaşmalar isə 49,2 faizdir.

Komandaların göstəriciləri də bəllidir. Proqnozsevərlər Q/Q daha çox “Fulhem”dən gözləyə bilər. Londonlular matçların 70 faizində həm vurub, həm də buraxıb. “Lids”lə “Liverpul” ikinci sıranı bölüşür.

“Bornmut”la “Nottinhem Forest” isə ən az Q/Q oynayan klublardır. Onların göstəricisi 32 faizdir.

Turnir cədvəlinin liderlərinin isə Y/Q və ya Q/Q bağlılığı yoxdur. İlk “beşlik”də qərarlaşan komandaların göstəriciləri 40-60 faiz aralığındadır. Söhbət “Arsenal”, “Mançester Siti”, “Nyukasl”, “Mançester Yunayted” və “Tottenhem”dən gedir.

Komanda

oyun

Q/Q

%

Fulhem

20

14

70%

Lids

18

12

67%

Liverpul

18

12

67%

Sauthempton

19

12

63%

Brayton

18

11

61%

Brentford

19

11

58%

Tottenhem

19

11

58%

Mançester S.

18

10

56%

Aston Villa

19

10

53%

Everton

19

10

53%

Arsenal

18

9

50%

Mançester Y.

18

9

50%

Çelsi

19

9

47%

Kristal P.

18

8

44%

Lester

19

8

42%

Nyukasl

19

8

42%

Vest Hem

19

7

37%

Vulverhempton

19

7

37%

Bornmut

19

6

32%

Nottinhem F.

19

6

32%

0