Premyer Liqa: “Çelsi” və “Liverpul”dan qələbə
13.12.2025 - 23:55
Premyer Liqa: “Çelsi” və “Liverpul”dan qələbə

İngiltərə Premyer Liqasında XVI tura start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında istənilən nəticələri əldə edə bilməyən "Liverpul" öz meydanında "Brayton"u sınağa çəkib.

Görüş Mersisayd klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Çelsi" isə "Everton" səddini 2 cavabsız qolla keçib - 2:0.

İngiltərə Premyer Liqası
XVI tur
19:00. "Liverpul" - "Brayton" - 2:0
19:00. "Çelsi" - "Everton" - 2:0
21:30. "Börnli" - "Fulhem" - 2:3