Premyer Liqa: “Tottenhem”dən xal itkisi
12.05.2026 - 00:55
Premyer Liqa: “Tottenhem”dən xal itkisi

İngiltərə Premyer Liqasında XXXVI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son gün bir qarşılaşma baş tutub.

"Tottenhem" öz meydanında "Lids"lə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Lids" 44 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Aktivində 38 xalı olan "Tottenhem" isə 17-ci sıradadır.