Premyer Liqa: XVIII tura yekun vurulub
28.12.2025 - 22:52
Premyer Liqa: XVIII tura yekun vurulub

İngiltərə Premyer Liqasında XVIII tura yekun vurulub.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Sanderlend" öz meydanında "Lids"lə üz-üzə gəlib.

Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Günün son matçında isə "Tottenhem" səfərdə "Kristal Pelas"a minimal hesabla qalib gəlməyi bacarıb - 1:0.