PSJ-yə ACI STATİSTİKA
15.02.2023 - 10:51
PSJ-yə ACI STATİSTİKA

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

Apasport.az saytının məlumatına görə, öz meydanında “Bavariya”ya uduzan PSJ-ni təkcə nəticə deyil, acı statistika da məyus edir.

Məsələ ondadır ki, Almaniya klubu ilk görüşdə qalib gəldikdən sonra mərhələni keçməyə adət edib. Münhenlilər Çempionlar Liqasının pley-offunda son 12 belə vəziyyətdən üzüağ çıxıb. İlk matçda qalib gələn “Bavariya”nın qarşısını almaq bu müddətdə mümkünsüzə çevrilib.

Qeyd edək ki, PSJ öz meydanında 0:1 hesabı ilə uduzub. Münhendəki qarşılaşma martın 8-də baş tutacaq.

0