"PSV" maksimal nəticə ilə davam edir
18.08.2024 - 17:15
"PSV" maksimal nəticə ilə davam edir

Eredivizianın ikinci həftəsində "PSV Eyndhoven" səfərdə "Herakles"i məğlub edib.

Apasport.az xəbər verir ki, "Asito" stadionunda oynanan matç 3:1 hesabı ilə yekunlaşıb.

"PSV"-nin heyətində Yohan Bakayoko və Şuaib Drioeş fərqləniblər. İvan Meşik isə avtoqol müəllifi olub. "Herakles"in yeganə qolunu isə Brian De Keersmaeker vurub. 

Bu qələbə ilə "PSV" maksimal nəticə göstərərək xalını 6-ya çatdırıb. "Herakles"in isə aktivində 1 xal var. 

Qeyd edək ki, 3-cü turda "Herakles" "Willem II" klubunu qəbul edəcək, Eyndhoven təmsilçisi isə "Almere Siti"nin qonağı olacaq.

0