“Qalatasaray” itkisiz irəliləyir
16.09.2023 - 23:37
“Qalatasaray” itkisiz irəliləyir

“Qalatasaray” Türkiyə çempionatında növbəti qələbəsini qazanıb.

Apasport.az saytı xəbər verir ki, son çempion öz meydanında “Samsunspor”u məğlubiyyətə uğradıb.

Oyun 4:2 hesabı ilə başa çatıb. Birinci hissədə üç qol vuran “Qalatasaray” qarşılaşmanın taleyini həll edib. Qonaq komanda fərqi minimuma endirsə də, İkardi 4-cü topu rəqib qapısından keçirib. “Sarı-qırmızılar” keçirdikləri bütün oyunlarda maksimum nəticə göstəriblər.

“Adana Demirspor” da turu qələbə ilə başa vurub. Patrik Klyuvertin yetirmələri debütant “Pendikspor”un qapısından üç cavabsız top keçiriblər.

Türkiyə Superliqası
5-ci tur
16 sentyabr

“Kayserispor” – “Qaziantep” – 2:0
“Konyaspor” – “Rizəspor” – 1:2
“Adana Dəmirspor” – “Pendikspor” – 3:0
“Qalatasaray” – “Samsunspor” – 4:2
 

0