“Qalatasaray”dan növbəti qələbə
24.09.2023 - 00:19
“Qalatasaray”dan növbəti qələbə

“Qalatasaray” Türkiyə Superliqasında növbəti qələbəsini qazanıb.

Apasport.az saytı xəbər verir ki, Türkiyə çempionu səfərdə “Başakşəhər”ə qalib gəlib.

Komandanın qollarını Hakim Ziyeş və Mauro İkardi vurublar. Meydan sahiblərinin heyətində isə ötən mövsüm “Qalatasaray”da oynayan Dubia fərqlənib.

“Antalyaspor” öz meydanında “Samsunspor”u məğlub edib. Günün digər iki oyununda isə heç-heçə qeydə alınıb.

Türkiyə Superliqası
6-cı tur

“Pendikspor” – “Karagümrük” – 1:1
“Rizəspor”  – “Sivasspor” – 1:1
 “Antalyaspor” – “Samsunspor” – 2:0
“Qalatasaray” – “Başakşəhər” – 1:2
 

0