Qonaqların günü
20.08.2023 - 01:46
Qonaqların günü

La Liqasının ikinci turu qonaqların üstünlüyü ilə keçir.

Apasport.az-ın məlumatına görə, üç oyunun heç birində meydann sahibləri qələbə qazana bilməyiblər.

“Real” rəqib maydançasında “Almeriya”ya qalib gəlib. Qarşılaşmanın  qəhrəmanı yeni transfer Cud Bellingem olub. O, iki qol və bir ötürmə ilə yadda qalıb.

Bilbao “Atletik”i də səfərdə üç xal qazanıb. “Osasuna” qonağı olan bilbaolular 20 dəqiqəyə iki qol vuraraq, görüşün taleyini həll ediblər.

İspaniya La Liqası
2-ci tur
19 avqust

“Real Sosyedad” – “Selta” – 1:1
“Almeriya” – “Real” – 1:3
“Osasuna” – “Atletik” – 0:2
 

0