“Rapid” üstünlüyü əldən verdi
07.08.2022 - 21:08
“Rapid” üstünlüyü əldən verdi

“Neftçi”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Rapid” Avstriya çempionatında növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Vyana təmsilçisi öz meydanında Lustenau “Austriya”sını qəbul edib.

Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahibləri Qvido Burqştallerin 20-ci dəqiqədəki qolu ilə hesabı açsa da, ikinci hissənin əvvəlində azlıqda qalıb. Nəticədə qonaqlar məğlubiyyətdən qaça bilib.

Qeyd edək ki, 3 oyunda 7 xal toplayan “Rapid” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
 

1