“Real” turu qalib başa vurdu
15.12.2025 - 01:57
“Real” turu qalib başa vurdu

İspaniya La Liqasında XVI turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün son qarşılaşmasında “Real Madrid” səfərdə “Alaves”in qonağı olub.

Gərgin keçən görüşdə azarkeşlər 3 qola şahidlik ediblər. “Kral klubu” Kilian Mbappe və Rodriqonun vurduğu qollar sayəsində rəqibini 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu qələbə ilə “Real Madrid” xallarının sayını 39-a çatdıraraq turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Aktivində 18 xalı olan “Alaves” isə 12-ci sırada yer alır.