Ronaldodan Səudiyyə Ərəbistanında poker
09.02.2023 - 23:41
Ronaldodan Səudiyyə Ərəbistanında poker

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı çempionatının XVI turunda pokerlə yadda qalıb.

Apasport.az xəbər verir ki, ulduz futbolçu çıxış etdiyi "Əl-Nəsr" klubu ilə "Əl-Vehda" səfərində komandasının rəqibini 4:0 hesabı ilə darmadağın etməsinə səbəb olub.

Bütün qolları özün vuran Ronaldo 21, 40, 53 və 61-ci dəqiqələrdə fərqlənib. Beləliklə, onun "Əl-Nəsr"də qollarının sayı 5-ə çatıb.

Qeyd edək ki, "Əl-Nəsr" 37 xalla 1-ci sıradadır. 1 oyun artıq keçirmiş "Əl-Şabab" da eyni xala malikdir.

0