Super Liqa: “Qalatasaray” turu qalib başa vurdu
18.04.2026 - 23:09
Super Liqa: “Qalatasaray” turu qalib başa vurdu

Türkiyə Super Liqasında XXX turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Karagümrük" öz meydanında "Eyüpspor"u qəbul edib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Lider "Qalatasaray" isə səfərdə "Gənclərbirliyi" ilə üz-üzə gəlib. 3 qolun vurulduğu matçda sevinən tərəf "sarı-qırmızılılar" olub - 2:1.

Qeyd edək ki, turnir cədvəlinə 71 xalla "Qalatasaray" başçılıq edir. Aktivində 67 xalı olan "Fənərbaxça" isə ikinci sırada qərarlaşıb.