Super Liqa: “Trabzonspor” turu qələbə ilə başa vurdu
23.01.2026 - 23:01
Türkiyə Super Liqasında XIX tura start verilib.
Apasport.az xəbər verir ki, ilk gün bir matç keçirilib.
“Trabzonspor” öz meydanında “Kasımpaşa” ilə üz-üzə gəlib. Gərgin keçən oyunda azarkeşlər 3 qola şahid olublar. Matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Trabzonspor” 41 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Aktivində 16 xalı olan “Kasımpaşa” isə 14-cü sıradadır.
0
0