Superkubok üçün 8-ci “savaş” və ya “El Klasiko”
13.01.2023 - 13:01
Superkubok üçün 8-ci “savaş” və ya “El Klasiko”

İspaniya Superkubokunun finalında “Real”la “Barselona” qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, bu, indiki yarışın indiki formatında finalda baş tutacaq ilk “El Klasiko”dur.

Düzdür, Səudiyyə Ərəbistanında təşkil olunan dörd komandalı yarışda bir dəfə nəhənglərin yolu kəsişib. Lakin ötən il “Real” “Barselona”nı yarımfinalda məğlub edib.

Bundan əvvəl isə nəhənglərin Superkubok yolları 7 dəfə kəsişib. Həmin duellər ev və səfərdə keçirilən iki matçdan ibarət olub. Bunların 6-da “Real”, 1-də “Barselona” mükafata sahib çıxıb. Bir sözlə, rəqiblər Superkuboku başı üzərinə qaldırmaq üçün 8-ci duelə çıxacaq.

Baş tutan 15 görüşdə isə madridlilər 9, kataloniyalılar 4 dəfə qələbə əldə edib. 2 matçda heç-heçə qeydə alınıb. Top fərqində də paytaxt klubu böyük üstünlüyə malikdir – 33-20.

1988/89 mövsümü
Real” - “Barselona” - 2:0
“Barselona” - Real”  - 2:1
1990/91 mövsümü
“Barselona” - Real”  - 0:1
Real” - “Barselona” - 4:1
1993/94 mövsümü
Real” - “Barselona” - 3:1
“Barselona” - Real”  - 1:1
1997/98 mövsümü
“Barselona” - Real”  - 2:1
Real” - “Barselona” - 4:1
2011/12 mövsümü
Real” - “Barselona” - 2:2
“Barselona” - Real”  - 3:2
2012/13 mövsümü
“Barselona” - Real”  - 3:2
Real” - “Barselona” - 2:1
2017/18 mövsümü
“Barselona” - Real”  - 1:3
Real” - “Barselona” - 2:0
2021/22 mövsümü, 1/2 final
“Barselona” - Real”  - 2:3, ə.v
2022/23 mövsümü, final
Real” - “Barselona”
 

0