“Trabzonspor”dan uğurlu start
11.08.2023 - 23:57
“Trabzonspor”dan uğurlu start

 Türkiyə çempionatının 2023/24 mövsümünə start verilib.

Apasport.az saytı xəbər verir ki, açılış matçında “Trabzonspor” “Antalyaspor”la qarşılışıb.

Oyun Trabzon klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən qol 8-ci dəqiqədə vurulub. “Trabzonspor”un müdafiəçisi Densvill fərqlənib.

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günləri keçiriləcək.

Türkiyə Superliqası
1-ci tur
“Trabzonspor” – “Antalyaspor” – 1:0

 

0