Tura böyükhesablı qələbə ilə yekun
29.09.2023 - 00:56
Tura böyükhesablı qələbə ilə yekun

A seriyası 6-cı turuna “Cenoa” – “Roma” görüşü ilə yekun vurulub.

Apasport.az-ın məlumatına görə, “canavarlar” səfərdə ağır məğlubiyyət alıblar.

“Cenoa” oyunu yüksək səviyyədə keçirərək, “Roma”nın qapısından 4 top keçiriblər. Qonaq komanda bu qollardan yalnız birinin əvəzini çıxa biliblər.

Günün digər iki matçında heç-heç qeydə alınıb. 

İtaliya A seriyası
6-cı tur
28 sentyabr

“Frozinone” – “Fiorentina” – 1:1
“Montsa” – “Bolonya” – 0:0
“Cenoa” – “Roma” – 4:1

0